"Taxıl müqaviləsi Ukraynadan 9,5 milyon tondan çox taxıl ixrac etməyə imkan verib, ona görə də tərəflər arasındakı mövcud olan razılıq saxlanılmalıdır".
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Josep Borrell bildirib.
O qeyd edib ki, Qara Dəniz Taxıl Təşəbbüsü dünya bazarlarına 9 milyon 521 min 546 ton taxıl və ərzaq məhsulları çıxarmağa imkan verib.
Borrell daha sonra sözlərinə əlavə edib ki, Aİ qlobal ərzaq böhranına cavab verməyə davam edəcək. O, həmçinin taxıl müqaviləsinin müddətinin uzadılmasının tərəfdarı olduğunu vurğulayıb.
Qeyd edək ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits taxıl sazişi ətrafında yaranmış vəziyyətdən danışmış və situasiyanı "həssas" adlandırıb.
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
Dünya
00:45 / 01.11.2022
Tərəflər arasındakı taxıl müqaviləsinin müddəti uzadılmalıdır - Aİ rəsmisi
Hazırda oxunan: Tərəflər arasındakı taxıl müqaviləsinin müddəti uzadılmalıdır - Aİ rəsmisi
Hazırda oxunan: Tərəflər arasındakı taxıl müqaviləsinin müddəti uzadılmalıdır - Aİ rəsmisi
102146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.