Rusiya Soçi görüşü ərəfəsində Prezident Vladimir Putinin timsalında İrəvan Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyan Vaşinqtonun “sülh variantı”na razıdırsa, buyursun deməklə əslində Ermənistana bu yolu tutacağı təqdirdə cəzalana biləcəyi mesajını verdi. Digər tərəfdən, Xankəndidə separatçıların Vaşinqtonun “sülh variantı”na etiraz edən mitinqlərinə dolayısı ilə dəstək verməklə İrəvanı həmin məqamı bəhanə edərək, Soçi görüşünün nəticəsiz bitməsinə sürükləyir. Başqa bir tərəfdən, aydın məsələdir ki, Paşinyanın rus sülhməramlılarının Qarabağda qalma müddətinin 20 ilədək uzadılması barədə sərsəm fikri də Kreml mətbəxində hazırlanmış fikirlərdir.
Moskva eyni zamanda, Bakı ilə Ankaranın atdığı birgə addımlara da qısqanclıqla yanaşır.
Düzdür, Türkiyə ilə münasibətlər fonunda Moskva hələlik bunu açıq şəkildə bəyan etmir. Amma ən azından aydın görünür ki, Azərbaycanla Türkiyənin birgə addımları Rusiyanın maraqlarına cavab vermir.
Soçi görüşü ərəfəsi Rusiyanın həmin addımları görəsən nəyə əsaslanır? Bununla Rusiya qaçmaq istəyən Ermənistanı yenidən öz orbitinə cəlb etmək istəyir, yoxsa, Azərbaycanın Türkiyə ilə atdığı addımlara qısqanc yanaşdığından bunu edir?
Bizim.Media-ya açıqlama verən politoloq Nəsimi Məmmədli deyir ki, Rusiyanın son hərəkətlərində yuxarıda qeyd olunan məqamların hər ikisi də var:
“Ermənistanın indiki hakimiyyəti daha çox Qərbə meylli hökumətdir. Amma bölgədə hələlik güc amili faktiki olaraq Rusiya olduğundan Ermənistan demək olar ki, tamamilə Moskvanın təsiri altındadır. Ermənsitan sərhədlərini faktiki olaraq rus hərbçiləri qoruyur.
Nəqliyyat və enerji infrastrukturu da Rusiyanın nəzarətindədir. Belədə İrəvanın Rusiyaya qarşı çıxmaq imkanı da yoxdur. Ordusu da tamamilə Moskvanın təsiri altındadır. Belə bir vəziyyətdə Paşinyan Qərbyönümlü siyasətçi olsa da, Rusiya ilə də hesablaşmaq məcburiyyətindədir.
Lakin Moskva da da anlayırlar ki, getdikcə zəifləyirlər. Onlar zəiflədikcə Paşinyanın Qərbyönümlü siyasəti də uğur qazana bilər. Hətta onun ardınca regionun başqa dövlətləri də həmin addımı təkrarlaya bilərlər. Bu mənada narahatlıq keçirən Rusiyanın Ermənistan və Azərbaycanla bağlı götürdüyü kurs bölgədə öz mövcudluğunu saxlamaq, Qərbin siyasi və geosiyasi rəqabətinə imkan verməməklə bağlıdır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:30 / 31.10.2022
Rusiyanı qıcıqlandıran NƏDİR? – Ermənistanın Qərb sevdası, yoxsa Türkiyə?
Hazırda oxunan: Rusiyanı qıcıqlandıran NƏDİR? – Ermənistanın Qərb sevdası, yoxsa Türkiyə?
Hazırda oxunan: Rusiyanı qıcıqlandıran NƏDİR? – Ermənistanın Qərb sevdası, yoxsa Türkiyə?
102062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.