\

\"Yeni hava limanları sayəsində Qarabağın dünya ilə əlaqəsi quruldu\" - Çavuşoğlu

Hazırda oxunan: \"Yeni hava limanları sayəsində Qarabağın dünya ilə əlaqəsi quruldu\" - Çavuşoğlu

102019

Hava limanlarının açılması sayəsində azad edilən torpaqların dünya ilə əlaqəsi quruldu.

Bizim.Media xəbər verir ki, bunu bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Akdeniz Universitetində çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan 30 ildir davam edən haqsız işğala son qoyub

“Prezidentlərimizin imzaladığı Şuşa bəyannaməsi ilə Azərbaycanla əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəldi. İşğaldan azad edilən torpaqların bərpasının şahidi oluruq. Hava limanlarının açılması sayəsində bu torpaqların dünya ilə əlaqəsi quruldu", - deyə M.Çavuşoğlu əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO