Avropa İttifaqı Kiyevi aldadıb?

Avropa İttifaqı Kiyevi aldadıb?

Hazırda oxunan: Avropa İttifaqı Kiyevi aldadıb?

102010

Avropa İttifaqının Kiyevə qeyri-hərbi texnika tədarükünün faktiki həcmi elan ediləndən xeyli az olub. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, oktyabra qədər Avropa İttifaqı (Aİ) Ukraynaya 179 mülki avtomobilin təhvil verilməsi üçün 10 müqavilə imzalamışdı.

Bununla yanaşı təkcə Almaniya Ukraynaya 2022-ci ildə 480 yük maşını, mikroavtobus və yolsuzluq avtomobili tədarük etməyi vəd etmişdi.

Lakin, verilən vədlər yalnız kağız üzərində qalıb. 

Belə ki, yazılanlar həcmcə çox, Kiyevə göndərilənlər isə az olub. Hətta bir tender maşın qıtlığı səbəbindən ləğv edilməli olub. 

Müstəqil ekspertlər qeyd edirlər ki, son proseslərdən sonra Brüssel öz imkanlarını həddindən artıq qiymətləndirməyə məcbur olub. Ekspertlər fikirlərini belə əsaslandırıblar: 

"Avropa ölkələri anti-Rusiya sanksiyalarının doğurduğu enerji və iqtisadi böhranlar səbəbindən qənaət rejiminə keçir".  

Elvira.Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO