Qalapaqos adalarında yeni nəhəng tısbağa növü aşkar olunub

Qalapaqos adalarında yeni nəhəng tısbağa növü aşkar olunub

Hazırda oxunan: Qalapaqos adalarında yeni nəhəng tısbağa növü aşkar olunub

101989
Alimlər Qalapaqos adalarında yaşayan nəhəng tısbağalar arasında yeni növ aşkar ediblər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onların bu kəşfi DNT analizi sayəsində mümkün olub.
Məlum olub ki, bir növə məxsus olduğu düşünülən populyasiya, əslində iki növə aid imiş.
Kəşf olunan çanaqlı bağa növünə Abinqdon fil tısbağası yarımnövünün son nümayəndəsi hesab edilən Yalqız Corcun qayğısına qalan Fausto Yerenin şərəfinə "Chelonoidis donfaustoi" adlandırılıb. Zooloqların sözlərinə görə, bu növün cəmi 250-300 nümayəndəsi var. Bu tısbağalar Santa-Krus adasının şərq hissəsində yaşayır.
Yeni kəşfdən sonra indi Qalapaqos arxipelaqında 11 növ nəhəng çanaqlı bağa növü var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO