Kaliforniya məhkəməsi qətl və təcavüzə görə səhvən 38 il cəza çəkən şəxsi azadlığa buraxıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ildə aparılan yeni ekspertiza sübut edib ki, əslində 69 yaşlı Moris Hastinqs bir qadının vəhşicəsinə qətlə yetirilməsində iştirak etməyib.
Dörd onillikdə o, qatil hesab olunub. İstintaq iddia edib ki, o, qurbanını zorlayıb, başından güllələyib və diri-diri baqaja yerləşdirib.
Nəticədə Moris ömürlük həbs cəzasına məhkum edilib, prokuror isə ona edam cəzası istəyib.
Cəmi bir il əvvəl DNT testi apardıqdan sonra məlum olub ki, qadını tamamilə başqa kişi öldürüb. O da bu yaxınlarda həbsxanada dünyasını dəyişib.
Bundan sonra Hastinqsə verilən cəza ləğv edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:44 / 31.10.2022
Səhvən 38 il həbsdə qaldı - Sonunda azadlığına qovuşdu
Hazırda oxunan: Səhvən 38 il həbsdə qaldı - Sonunda azadlığına qovuşdu
Hazırda oxunan: Səhvən 38 il həbsdə qaldı - Sonunda azadlığına qovuşdu
101973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.