Braziliyanın yeni prezidentinin adı açıqlandı -  Bolsonaru seçkiləri uduzdu

Braziliyanın yeni prezidentinin adı açıqlandı -  Bolsonaru seçkiləri uduzdu

Hazırda oxunan: Braziliyanın yeni prezidentinin adı açıqlandı -  Bolsonaru seçkiləri uduzdu

101961

Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva ölkəyə 2023-2027-ci illər ərzində üçüncü dəfə rəhbərlik edəcək.

Bizim.Media xəbər verir ki, onun qələbəsi rəsmiləşib. Onun Ali Seçki Məhkəməsi onun seçkilərin ikinci turunda 50,9 faiz səs topladığını açıqlayıb. Onun rəqibi, hazırkı Prezident Jair Bolsonarunu səsverməyə gələnlərin 49,1 faizi dəstəkləyib.

Mütləq rəqəmlərdə Lulanın Bolsonaru üzərində üstünlüyü, demək olar ki, 2,14 milyon səs olub. Ümumilikdə, səsvermədə səs hüququ olan 156,4 milyon vətəndaşdan 118,55 milyon seçici iştirak edib.

Qeyd edək ki, 77 yaşlı Luis İnasiu Lula da Silva 2003-cü ildən 2010-cu ilədək Braziliyanın Prezidenti olub. O, Sosialist Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub. O, 2002-ci  və 2006-cı illərdə yenidən seçilib.

2010-cu ildə “Time” jurnalı Lulanı “dünyanın ən təsirli insanı” adlandırıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO