TOGG avtomobilini sürən Ərdoğan yunanlara səsləndi: “Davamı gələcək” - VİDEO

TOGG avtomobilini sürən Ərdoğan yunanlara səsləndi: “Davamı gələcək” - VİDEO

Hazırda oxunan: TOGG avtomobilini sürən Ərdoğan yunanlara səsləndi: “Davamı gələcək” - VİDEO

101886

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin yerli avtomobili “Togg”un istehsal ediləcəyi zavodun açılışı olub. Bursa şəhərində yerləşən zavodun açılışı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.

Bizim.Media xatırladır ki, Prezident təqdimat tədbirində sözlərinə Mustafa Kamal Atatürkü yad edərək başlayıb.

Bildirib ki, “Tayfun” istehsalına başlamağımız yunan televiziya kanallarında gündəm olmuşdu: “Onlara səslənmişdim, dayanın hələ, ardı gələcək”.

Qeyd edək ki, 2023-cü ilin sonunadək 25 minədək avtomobil istehsal edilməsi planlaşdırılır. Avtomobilin 2023-cü ilin əvvəlindən satışa çıxarılacağı gözlənilir.

2030-cu ilə qədər isə 1 milyon ədədə qədər avtomobil istehsal edilməsi planlaşdırılır.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO