Cənubi Koreyada matəm elan edildi - 151 ölü, 82 yaralı var

Cənubi Koreyada matəm elan edildi - 151 ölü, 82 yaralı var

Hazırda oxunan: Cənubi Koreyada matəm elan edildi - 151 ölü, 82 yaralı var

101866

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.

Bizim.Media “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Seulun mərkəzində Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 151 nəfər həlak olub, 19-u əcnəbi olmaqla daha 82 nəfər xəstəxanaya yerləşdirilib. Yaralananlardan 19 nəfərin vəziyyəti isə ağırdır.

Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir.

Polis şənbə günü İtavon rayonundakı şənliklərə təxminən 100 000 insanın qatıldığını təxmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO