İsveç, Finlandiya və Norveç Rusiyaya qarşı yeni ordu yaradır?

İsveç, Finlandiya və Norveç Rusiyaya qarşı yeni ordu yaradır?

Hazırda oxunan: İsveç, Finlandiya və Norveç Rusiyaya qarşı yeni ordu yaradır?

101831

"İsveç, Finlandiya və Norveç şimal ərazilərini qorumaq üçün NATO-nun himayəsi altında birgə ordu yaratmalıdır".

Bizim.Media "Russia Today"a istinadən xəbər verir ki, bu təkliflə İsveçin keçmiş müdafiə naziri və parlamentin müdafiə komitəsinin hazırkı sədri Piter Hultqvist çıxış edib.

Siyasətçinin fikrincə, Rusiya uzun müddət Qərb ölkələri üçün ciddi təhlükə olaraq qalacaq və Ukraynada münaqişənin bitməsi bunu dəyişməyəcək: "Ukraynadakı münaqişə İsveçin təhlükəsizlik siyasətinə təsir edib”.
 

MÖVZU İLƏ BAĞLI:

Daha 3 ölkə rusiyaya qarşı SANKSİYALAR tətbiq edib


Qeyd edək ki, Müdafiə naziri kimi P.Hultqvist keçən ilin payızında İsveçin NATO-ya üzvlüyünə qəti şəkildə qarşı olub, lakin aprel ayından üzvlük qərarını dəstəkləyib. Hultqvist İsveç və Finlandiyanın NATO-ya daxil olmasının nə demək olduğunu daha yaxşı başa düşməyə çağırıb.

Siyasətçinin fikrincə, Rusiya “ekspansionist niyyətli avtoritar ölkə" olub və belə də qalır:

"Ona görə də bizim NATO və Aİ-də yüksək səviyyəli və birliyi olan hərbi qüvvəmiz olmalıdır. NATO-da hər bir ölkə öz müdafiəsinə cavabdehdir, lakin böhran və müharibə vəziyyətində birgə müdafiə planları hazırlanır. Bizim ortaq məsuliyyətimiz var. Bu, NATO-nun əsaslarından biridir - kollektiv məsuliyyət. Skandinaviyada bir-birimizə kömək etmək bizim xüsusi borcumuzdur. Biz artıq Finlandiya ilə birgə hərbi fəaliyyət planı hazırlamışıq”.

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO