Böyük Britaniya kralı III Çarlz bir neçə il əvvəl kraliça II Elizabetin əlindən aldığı Kral Dəniz Qüvvələrinin general-kapitan hərbi titulunu şahzadə Harriyə geri verib.
Bizim.Media "Daily Mail"ə istinadən xəbər verir ki, 2021-ci ildə kraliça II Elizabet həyat yoldaşı Meqan Marklla birlikdə Britaniya kral ailəsinin üzvləri olmaqdan çıxdıqdan sonra nəvəsini sevimli titulundan məhrum edib.
Belə ki, cütlük ABŞ-a köçmək, işləmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmək üçün belə bir qərar verib. Hərbi titullarına xüsusi həssaslıqla yanaşan şahzadə Harri nənəsinin bu qərarına kədərlənib.
Harri Kral Dəniz Piyadalarına göndərdiyi şəxsi mesajında general-kapitan titulunu yenidən almaqdan məmnun olduğunu bildirib.
Qeyd edək ki, Sasseks hersoqu ilk dəfə 2017-ci ilin dekabrında babası Şahzadə Filipin yerinə kraliça tərəfindən general-kapitan təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:28 / 29.10.2022
III Karl Elizabetin geri aldığı titulu yenidən Harriyə qaytardı
Hazırda oxunan: III Karl Elizabetin geri aldığı titulu yenidən Harriyə qaytardı
Hazırda oxunan: III Karl Elizabetin geri aldığı titulu yenidən Harriyə qaytardı
101723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.