Koreya lideri Putinə cavab verdi - Kiyevi öldürücü silahlarla təmin etməmişik

Koreya lideri Putinə cavab verdi - Kiyevi öldürücü silahlarla təmin etməmişik

Hazırda oxunan: Koreya lideri Putinə cavab verdi - Kiyevi öldürücü silahlarla təmin etməmişik

101666

Cənubi Koreya lideri Yun Sok Yeol “Valday” klubunun iclasında Vladimir Putinin rəsmi Seulun Ukraynaya silah tədarük etmək qərarına gəldiyini bildirən açıqlamasına reaksiya verib.  

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, Koreya lideri Putinin dediklərini təkzib edib və ölkəsinin Kiyevə yalnız humanitar yardım göstərdiyini vurğulayıb.  

“Biz beynəlxalq ictimaiyyətlə həmrəyik və Ukraynaya dinc, humanitar yardımın göstərilməsinin tərəfdarıyıq və Kiyevi öldürücü silahlarla təmin etməmişik, baxmayaraq ki, bu, bizim suveren işimizdir. Biz bütün dünya ölkələri, o cümlədən Rusiya ilə yaxşı və sülhsevər münasibətlər saxlamaq üçün səy göstəririk”, - deyə Cənubi Koreya lideri əlavə edib.  

Qeyd edək ki, V.Putin 27 oktyabrda Valdaydakı çıxışında Koreyanın Kiyevə silah yardımı etməsini Seul və Moskva münasibətlərini məhv etdiyini bildirmişdi. 

Xatırladaq ki, Seul ABŞ-ın müttəfiqi olsa da, hökumət Kiyevə öldürücü silahların tədarükündə kömək etməyəcəklərini bildirib. Bununla yanaşı, Koreya həm iqtisadi səbəblərə, həm də Moskvanın ciddi təsir göstərməsinə görə Rusiya ilə münaqişə etməməyə çalışıb.  

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO