Əli Əsədovdan Mqer Qriqoryana SƏRT CAVAB

Əli Əsədovdan Mqer Qriqoryana SƏRT CAVAB

Hazırda oxunan: Əli Əsədovdan Mqer Qriqoryana SƏRT CAVAB

101636

MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycana qarşı bir sıra əsassız ittihamlar səsləndirib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov bu ittihamlara cavab verib.

Ə.Əsədov deyib ki, 44 günlük Vətən Müharibəsində qələbədən sonra Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini bəyan edib: 

“Azərbaycan Ermənistanla sülhməramlı əməkdaşlığa və sülh müqaviləsi imzalamağa hazırdır, lakin Azərbaycanın suveren ərazisi müzakirə olunmur”.

“Azərbaycan işğala məruz qalan torpaqlarını azad edib və qonşu dövlətlə sülh müqaviləsi imzalamağa hazırdır. Bakının irəli sürdüyü beş prinsip İrəvan tərəfindən dəstəklənib. Bu mövqelərdən çıxış edərək, biz bu gün konstruktivizm çərçivəsində gündəmdə olan məsələlər barədə danışmağa çalışdıq”, - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, Astanada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO