\

\"Avropa İttifaqı ilə Azərbaycan güclü tərəfdaşdır\" – Aİ səfiri 

Hazırda oxunan: \"Avropa İttifaqı ilə Azərbaycan güclü tərəfdaşdır\" – Aİ səfiri 

101580

"Avropa İttifaqı ilə Azərbaycan arasında daim güclü tərəfdaşlıq əlaqələri var".

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko "Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə deyib.

Səfir bildirib ki, bu tvinninq layihəsi də həmin əlaqələrin daha bir nümunəsidir:

"Hidrometeorologiya və iqlim sahəsindəki xidmətlər vətəndaşların gündəlik həyatı və iqtisadiyyatın ehtiyacları ilə bağlı mühüm alətlərdir. Eyni zamanda, Aİ siyasətinin prioritetləri və onun xarici fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edan iqlim dəyişikliyi ilə mübarizə məsələsində əsas rol oynayır”.

O qeyd edib ki, 2019-cu ilin dekabr ayında qurum liderləri 2050-ci ilə qədər Avropa İttifaqında iqlim neytrallığına nail olmaq barədə razılığa gəliblər: 

“Bu o deməkdir ki, bu tarixə qədər istixana qazı emissiyalarımızı kəskin şəkildə azaldacağıq və xalis sıfır emissiya balansına nail olmaq üçün qaçınılmaz emissiyaları kompensasiya etməyin yollarını tapacağıq".

"Biz iqlim neytrallığına keçidi həm də iqtisadi artım, iş yerləri və texnoloji inkişaf baxımından bir fürsət kimi görürük. Biz yalnız tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyinin öhdəsindən gələ bilərik. Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ətraf mühit va iqlim dəyişikliyinin qarşısının alınması sahəsində Avropa İttifaqının əsas tərəfdaşı olduğuna görə təşəkkür etmək istəyirəm" – deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO