Baydenlə Putin eyni sammitdə iştirak edəcək - Liderlər görüşəcəkmi?       

Baydenlə Putin eyni sammitdə iştirak edəcək - Liderlər görüşəcəkmi?       

Hazırda oxunan: Baydenlə Putin eyni sammitdə iştirak edəcək - Liderlər görüşəcəkmi?       

101532

ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə G20 sammitində danışıqlar aparmaq niyyətində olmadığı məlum olub.

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ağ Ev sözçüsü Con Kirbi jurnalistlərin “Bayden Putinlə G20 sammiti çərçivəsində görüşə bilərmi?” sualını cavablanırarkən bildirib.  

O qeyd edib ki, Baydenin hələlik belə bir niyyəti yoxdur.  

Qeyd edək ki, bundan əvvəl "Politico" nəşri Baydenin G20 sammitində, o cümlədən dəhlizdə, hətta foto çəkilən zaman Putinlə  təsadüfi görüşdən belə qaçmaq istədiyini yazıb.  

Bu arada G20 sammitinə ev sahibliyi edəcək İndoneziyanın hökumət rəsmiləri isə sammitdə bütün ikitərəfli görüşləri, o cümlədən Rusiya və ABŞ prezidentləri arasında danışıqlar keçirməyə hazır olduqlarını deyiblər.  
Qeyd edək ki, G20 sammiti noyabrın 15 və 16-da İndoneziyanın Bali adasında keçiriləcək.  

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO