Bakıda TDT ölkələrinin audiovizual media üzrə iclası keçirilir

Bakıda TDT ölkələrinin audiovizual media üzrə iclası keçirilir

Hazırda oxunan: Bakıda TDT ölkələrinin audiovizual media üzrə iclası keçirilir

101382

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, toplantı Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən təşkil olunub.

TDT-yə üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin, müşahidəçi üzv Macarıstan və Türkmənistanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının və digər dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, TDT-na üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması ilə bağlı Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiyanın müzakirəsi və son nəticədə Forumun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinin imzalanmasıdır.

Toplantı öz işini iştirakçıların çıxışları, Forumun yaradılması ilə bağlı Türkiyə Radio və Televiziya Ali Qurumu olan RTÜK-ün konseptual təqdimatı və bu təqdimat ətrafında müzakirələrin aparılması ilə davam etdirəcək.
Bu Toplantı çərçivəsində TDT-na üzv və müşahidəçi dövlətlərin Media üzrə Əlaqələndirmə Komitəsinin 2-ci iclası da keçiriləcək.

Oktyabrın 28-də Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsinin imzalanması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO