Kseniya Sobçak Litvaya belə qaçdı – ANBAAN VİDEO

Kseniya Sobçak Litvaya belə qaçdı – ANBAAN VİDEO

Hazırda oxunan: Kseniya Sobçak Litvaya belə qaçdı – ANBAAN VİDEO

101378

Xəbər verdiyimiz kimi, rusiyalı telejurnalist və siyasətçi Kseniya Sobçak ölkəsindən qaçıb.

Bizim.Media Litva mətbuatına istinadə xəbər verir ki, Sobçak Litvaya İsrail pasportu ilə gəlib.

Aprel ayında İsrail mətbuatı teleaparıcının İsrail vətəndaşlığını aldığını iddia etmişdi. Sarışın özü ikinci vətəndaşlığını qəti şəkildə rədd etmişdi.
Kseniyanin ölkəsini necə tərk etməsi ilə bağlı detallar üzə çıxıb.

Əvvəlcə məlum olub ki, sarışın Rusiyanı gecə saatlarında tərk edib. O, Belarusa, Dubaya və Türkiyəyə bilet alıb. Oğlu Platonu və əri Konstantin Boqomolovu Moskvada qoyaraq, tək başına Belarusa getdiyi məlum olub. Kseniya qonşu ölkəyə 700 km qət edərək avtomobillə gəlib. Jurnalist yaraşıqlı bir kişinin müşayiəti ilə Litva ilə sərhədi piyada keçib.

“TASS” nəşrinin əldə etdiyi məlumata görə, “Rostex” şirkətinin gəlirlərini mənimsəməkdə ittiham olunan Sobçakı Rusiyada 15 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, sentyabrda Kseniya Sobçak ailəsi ilə birlikdə İsrail səfirliyinə gəlib. Əri Boqomolov və oğlu Platondan əlavə Sobçakın yanında keçmiş həyat yoldaşı da olub.

Ümumilikdə, məşhurlar iki saata yaxın içəridə qalıblar. Onlar əllərində sənədlərlə səfirlikdən çıxıblar. Məlumdur ki, Sobçakın ana tərəfdən babası bütün sənədlərdə yəhudi kimi qeyd olunub.
Kseniya İsrail pasportu üçün müraciət etmək hüququna malikdir.

2022-ci ilin əvvəlində Sobçak yalnız Rusiya vətəndaşlığına sahib olduğunu vurğulamışdı. 2021-ci ilin may ayında o, həmçinin İsrail pasportuna sahib olmaq iddialarını yalan adlandırmışdı.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO