Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Türkiyənin texnologiya şirkətlərindən olan HAVELSAN-ın regional meneceri Erhan Kanat ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov “Twitter” hesabında məlumat verib.
Məlumata görə, görüşdə müdafiə sənayesində proqram təminatı, texnoloji həllər sahəsində startapları və şirkət arasında mümkün əməkdaşlıqa dair fikir mübadiləsi aparılıb.
Bizim.Media
Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən olan "HAVELSAN"ın @HAVELSANResmi regional meneceri Erhan Kanat ilə görüşümüzdə müdafiə sənayesində proqram təminatı, texnoloji həllər sahəsində startapları və şirkət arasında mümkün əməkdaşlıqa dair fikir mübadiləsi apardıq. pic.twitter.com/WknD5xWw43
— Orkhan Mammadov (@MammadovOrkh) October 26, 2022