Türkiyə istehsalı olan yeni pilotsuz uçuş aparatı (PUA) “Apagut”un təqdimat mərasimi keçirilib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasim SAHA EXPO Müdafiə, Aerokosmik Sənaye Sərgisi zamanı baş tutub.
Təqdimat mərasimində Türkiyə Müdafiə Sənayesi naziri İsmail Dəmir də iştirak edib. O, “Apagut”un ilk istifadəsinin 2023-cü ilin əvvəllərində gerçəkləşdiriləcəyini bildirib.
Qeyd edək ki, yeni PUA Türkiyənin ROKETSAN və STM şirkətlərinin birgə istehsalıdır.
Bizim.Media