Rusiyalı jurnalist Kseniya Sobçakı saxlamaq üçün əməliyyatçılar Vnukovo-3 hava limanına (şəxsi təyyarələr üçün nəzərdə tutulub - red.) gediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mediası və Telegram kanalları yayıb.
“Lakin Kseniya Anatolyevna ölkəni tərk edə bilib. O, Minsk vasitəsilə Litvaya gedib”, – deyə bəzi KİV-lər qeyd edib.
Oktyabrın 26-da jurnalistin “Ehtiyatlı olun media” media holdinqinin kommersiya direktoru (Kseniya Sobçaka məxsusdur – red.) Kirill Suxanova qarşı başlanmış iş üzrə Kseniya Sobçakın bağ evində axtarışlar aparılıb.
Hüquq-mühafizə orqanları Suxanovun Telegram kanalları vasitəsilə məmurlardan və iş adamlarından pul tələb etməklə məşğul olduğunu bildirirlər.
Ondan başqa, “Tatler” jurnalının keçmiş baş redaktoru Arian Romanovski (Kuzmin) saxlanılıb. Kseniya Sobçak Kirill Suxanovun saxlandığını təsdiqləyib. Jurnalist direktorun hədə-qorxu ilə tələb etmə maddəsi ilə saxlanılmasına aydınlıq gətirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:12 / 26.10.2022
Kseniya Sobçak Minsk vasitəsilə Litvaya qaçdı – Polis onu AXTARIR
Hazırda oxunan: Kseniya Sobçak Minsk vasitəsilə Litvaya qaçdı – Polis onu AXTARIR
Hazırda oxunan: Kseniya Sobçak Minsk vasitəsilə Litvaya qaçdı – Polis onu AXTARIR
101303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.