Ukrayna Britaniya hökumətinin kredit zəmanəti mexanizmi vasitəsilə büdcə xərclərinin maliyyələşdirilməsi üçün Dünya Bankından 500 milyon ABŞ dolları tranş alıb.
Bizim.Media “TASS” istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev bildirib.
Komitə sədri qeyd edib ki, Dünya Bankından alınan kredit vəsaitləri pensiyaların və digər sosial öhdəliklərin ödənilməsinə, təhsil və səhiyyə sahələrinin fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək:
“Bu ilin fevral ayından bəri Dünya Bankı Ukraynanın maraqları naminə artıq ümumilikdə 13 milyard ABŞ dolları səfərbər edib ki, bunun da 11,4 milyard dollarını ABŞ ayırıb”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:41 / 25.10.2022
Ukrayna Dünya Bankından 500 milyon dollar kredit alıb – Sosial müavinətləri ödəmək üçün
Hazırda oxunan: Ukrayna Dünya Bankından 500 milyon dollar kredit alıb – Sosial müavinətləri ödəmək üçün
Hazırda oxunan: Ukrayna Dünya Bankından 500 milyon dollar kredit alıb – Sosial müavinətləri ödəmək üçün
101152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.