Qazaxıstanda yeni İSLAHATLAR - Ölüm hökmü ləğv olundu

Qazaxıstanda yeni İSLAHATLAR - Ölüm hökmü ləğv olundu

Hazırda oxunan: Qazaxıstanda yeni İSLAHATLAR - Ölüm hökmü ləğv olundu

101149

“Ədalətli Qazaxıstan” prinsipində məqsəd hər bir Qazaxıstan vətəndaşı üçün bərabər hüquqların, imkanların və müdafiənin təşkilini nəzərdə tutur”. 

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanın Müstəqilliyi Günü və Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə deyib.  

Qazaxıstan diplomatı bu ilin yanvarında öz ölkəsində baş verənlərə toxunaraq, son hadisələrdən sonra ölkədə dəyişikliklər baş verdiyini və hökumətin vacib siyasi, sosial-iqtisadi islahatlar həyata keçirdiyini bildirib: 
“Siyasi partiyaların qeydiyyatı sadələşdirilib, parlamentə daxil olmaq üçün hədd 7 faizdən 5 faizə endirilib. Qazaxıstanda ölüm hökmü ləğv olunub. Qazaxıstanda “müxtəliflikdə həmrəylik prinsipi hər zaman qorunacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO