Qazaxıstan Füzulidə Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisini maliyyələşdirib

Qazaxıstan Füzulidə Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisini maliyyələşdirib

Hazırda oxunan: Qazaxıstan Füzulidə Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisini maliyyələşdirib

101137

“Bizim məqsədimiz yaxın gələcəkdə Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır”. 

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanın Müstəqilliyi Günü və Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə deyib. 

Diplomat iki ölkə arasında münasibətlərə də toxunaraq bildirib ki, Azərbaycan və Qazaxıstanı dərin yaxın köklər, mədəniyyətləri bir-birinə bağlayır. 

Səfir Abdıkərimov Qazaxıstanın Prerzidenti Kasım-Jomart Tokayevin Bakıya səfərini xatırladaraq onun əhəmiyyətini vurğulayıb: 

“Azərbaycan və Qazaxıstan yaxın ölkələr, starteji tərəfdaşlardır. İki ölkə arasında heç bir məslədə fikir ayırılığı yoxdur. Beynəlxalq məsələlərdə eyni yanaşmanı bölüşürük. Biz Türk dövlətlərinin inteqrasiyasını dəstəkləyirik.

Azərbaycan və Qazaxıstan arasında geniş əməkdaşlıq imkanları var, bura ticarət investisiya, logistika, enerji, informasiya texnologiyaları, təhsil mədəniyyət və s. daxildir”,- deyə səfir bildirib. 
Serjan Abdıkərimov Qazaxıstanın Qarabağda bərpa və yenidənqurmaya töhfə verdiyini və Qazaxıstanın dəstəyi ilə Füzulidə inşa ediləcək Uşaqların Yaradıcılıq İnkişafı Mərkəzinin tikintisinin maliyyələşdirildiyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO