Böyük Britaniyanın yeni baş naziri vəzifəsinin icrasına başladı

Böyük Britaniyanın yeni baş naziri vəzifəsinin icrasına başladı

Hazırda oxunan: Böyük Britaniyanın yeni baş naziri vəzifəsinin icrasına başladı

101077

Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyasının yeni lideri Rişi Sunak Kral III Çarlzdan hökumət qurmaq mandatı alıb.

Bizim.Media xəbər verir ki, beləliklə, Sunak ölkənin baş naziri vəzifəsinin icrasına başlayıb.

Bukingem sarayında keçirilən audiensiya mərasimindən görüntülər monarxın mətbuat xidməti tərəfindən yayımlanıb.

İndi 42 yaşlı Sunak baş nazirin Dauninq-stritdəki iqamətgahına yollanacaq və burada Böyük Britaniya xalqına müraciətlə çıxış edəcək.

Rişi Sunak 8 sentyabrda kral taxtına oturan III Çarlz tərəfindən təsdiqlənən ilk baş nazir olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO