Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bir neçə gün əvvəl Parisdə olub, Fransanın birinci xanımı Bricit Makronla Yelisey sarayında foto çəkdirib və fransız erməni qadınları ilə görüşüb. O, Paris səfərindən şənbə günü axşam saatlarında “Air France” avia şirkətinin AF 1060 Paris-İrəvan reysi ilə geri qayıdıb.
Bizim.Media xəbər verir ki, onunla eyni təyyarədə olan sərnişinlərdən biri “hraparak.am” saytına bildirib ki, baş nazirin xanımı təyyarədə çox da isti qarşılanmayıb.
Parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının sədri Ayk Koncoryanın Parisdən İrəvana eyni təyyarədə biznes klassda, Anna Akopyanın isə başının dəstəsilə ekonom klassda əyləşdiyi sərnişinlərin diqqətindən yayınmayıb.
Mənbə qeyd edib ki, Anna Akopyan təyyarəyə minərkən Ayk Koncoryanın yanından keçəndə ona sakitcə nəsə deyib.
Xanım Akopyan formal olaraq ekonom klassın yeddinci sırasında otursa da, ona biznes-klass xidməti göstərilib. Yanındakı oturacaq boş olub. Ancaq bu bilet onun yanında heç kimin oturmaması məqsədilə alınıb. 3-cü yerdə isə mühafizəçilərdən biri əyləşib.
Sərnişinlərin sözlərinə görə, Anna Akopyanı 8 nəfər müşayiət edib: 3 cangüdən, 3 kişi, 2 qadın. Onlardan biri xanımın saç ustası Anuş olub. Üç cangüdən Təhlükəsizlik Xidmətinin loqosu olan qalstuk və kostyum geyinib.
Uçuşun əvvəlində Anna Akopyanın arxasında əyləşən sərnişinlər (bir neçə qadın və bir kişi) Paşinyanın həyat yoldaşına və onu müşayiət edən heyətə “Bu türklər niyə belə sakitcə təyyarəyə minirlər?” deyiblər.
Anna Akopyan bütün bunları eşidib və heç bir reaksiya verməyib. Yəqin ki, artıq belə sözlərə öyrəşib. Əvəzində cangüdənlər əsəbi hərəkətlər etməyə başlayıblar, irad bildirmək üçün onlara üz tutublar, amma mühafizəçilərin rəhbəri buna ehtiyac olmadığını bildirib.
Bizim.Media