Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının yeni lideri Rişi Sunak əsas prioritetinin həm torilər arasında, həm də bütünlükdə ölkədə birliyin yaradılması olduğunu bildirib.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə bu gün hakim partiyanın rəhbəri seçilən və bu əsasda baş nazir olacaq 42 yaşlı siyasətçi yeni vəzifəsində ilk ictimai çıxışında bildirib.
“Birləşmiş Krallıq böyük ölkədir, lakin biz, şübhəsiz ki, iqtisadiyyatda dərin problemlə üzləşmişik. İndi bizə sabitlik və birlik lazımdır, mən partiyada və ölkədə birlik yaradılmasını qarşıma əsas prioritet kimi qoyacağam. Çünki bu, mövcud çətinlikləri aradan qaldıra, övladlarımız və nəvələrimiz üçün firavan gələcək yarada biləcəyimiz yeganə yoldur”, - Sunak deyib.
Amma Baş nazir 84 saniyə davam edən çıxışında bunu necə edəcəyinə dair heç bir detalı açıqlamayıb.
Eyni zamanda siyasətçi bildirib ki, Mühafizəkarlar Partiyasının yeni lideri olmaq onun üçün təvazökarlıq və məmnunluq hissi yaradır.
“Sizə dürüstlük və təvazökarlıqla xidmət edəcəyəm, ilk gündən Britaniya xalqının xeyrinə hədəflərə çatmaq üçün çalışacağam”, - deyə yeni Baş nazir vəd verib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:23 / 25.10.2022
Britaniyanın yeni Baş naziri əsas prioritetini açıqlayıb
Hazırda oxunan: Britaniyanın yeni Baş naziri əsas prioritetini açıqlayıb
Hazırda oxunan: Britaniyanın yeni Baş naziri əsas prioritetini açıqlayıb
100955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.