Türkiyə ordusu Suriyanın Hələbin şimal rayonlarını İdlib əyaləti ilə birləşdirən Deyr Bəlut və Əl-Qəzavi keçid məntəqələri yaxınlığında iki hərbi bazanın yerləşdirilməsini planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mehr agentliyi Suriyadakı hərbi mənbələrə istinadən yayıb.
2 qərargahın tikiləcəyi yerdə türk qüvvələri yerləşdiriləcək, lakin tikintinin hələ başlanmadığı deyilir.
Son 10 gündə “Ən-Nusra” terror cəbhəsinin silahlı terror qruplaşmaları ilə Türkiyənin dəstəklədiyi “Üçüncü legion” kimi tanınan silahlı qruplaşma arasında toqquşmalar şiddətlənib. Nəticədə 10-u mülki şəxs olmaqla ən azı 58 nəfər həlak olub.
Türkiyənin dəstəklədiyi qruplar Suriyanın Hələb əyalətinin şimalındakı sərhəd bölgəsinə nəzarət edir, bu bölgəyə Cerablus, Afrin, Əl-Bab və Azaz şəhərləri daxildir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:53 / 23.10.2022
Türkiyə Suriyanın şimalında daha iki hərbi baza yaradacaq
Hazırda oxunan: Türkiyə Suriyanın şimalında daha iki hərbi baza yaradacaq
Hazırda oxunan: Türkiyə Suriyanın şimalında daha iki hərbi baza yaradacaq
100758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.