Rişi Sunak Britaniyanın baş naziri postuna namizədliyini açıqladı

Rişi Sunak Britaniyanın baş naziri postuna namizədliyini açıqladı

Hazırda oxunan: Rişi Sunak Britaniyanın baş naziri postuna namizədliyini açıqladı

100733

Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak Liz Trassın yerinə Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri postu uğrunda mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, 42 yaşlı siyasətçi bu barədə bazar günü Twitter-də yazıb.

"Böyük Britaniya böyük ölkədir, lakin biz dərin iqtisadi böhran içindəyik. Ona görə də mən Mühafizəkarlar Partiyasının lideri və sizin gələcək baş nazir postunuza namizədliyimi irəli sürürəm. İqtisadiyyatımızdakı problemləri həll etmək, partiyamızı birləşdirmək və ölkəmizə xidmət etmək istəyirəm”, – Sunak qeyd edib.

Onun seçki kampaniyasında rəqibləri Böyük Britaniya parlamentinin İcmalar Palatasının lideri Penni Mordaunt və gözlənildiyi kimi, keçmiş baş nazir Boris Conson olmalıdır.
Namizəd parlament səsverməsinin növbəti raunduna keçmək üçün fraksiyadakı həmkarlarından 100-dən çox səs toplamalıdır.

Sky News-un məlumatına görə, Sunak indiyə qədər səddini keçən yeganə namizəddir. Öz növbəsində, niyyətləri ilə bağlı hələ açıqlama verməyən Consonu 57 deputat dəstəkləyib, Mordaunt isə mühafizəkarlar fraksiyasının 23 üzvünün dəstəyini alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO