Rusiya Ukraynaya gün ərzində 36 raket atdı

Rusiya Ukraynaya gün ərzində 36 raket atdı

Hazırda oxunan: Rusiya Ukraynaya gün ərzində 36 raket atdı

100650

Oktyabrın 22-də Rusiya qoşunları Ukrayna ərazisinə ümumilikdə 36 raket atıb.

Bizim.Media “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

"Gecədən başlayaraq düşmən kütləvi hücuma keçib, atılan 36 raketin əksəriyyəti zərərsizləşdirilib. Bunun üçün hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edirik. Hazırda zərbə dəyən yerlərdə işləyən bütün qurumlara isə uğurlar diləyirik”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın hər yerində xəbərdarlıq siqnalları verilib. Bir neçə rayonda partlayış səsləri eşidilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO