Boris Consonun namizədliyi PLANLIDIR - İstefasında dediyi sözlər buna işarə edir

Boris Consonun namizədliyi PLANLIDIR - İstefasında dediyi sözlər buna işarə edir

Hazırda oxunan: Boris Consonun namizədliyi PLANLIDIR - İstefasında dediyi sözlər buna işarə edir

100563

Boris Conson yenidən Britaniya Baş naziri vəzifəsinə namizədliyini verəcək.

Bizim.Media “Sky News”a istinadən xəbər verir ki, bu barədə Boris Consonun müttəfiqi, deputat Ceyms Dadric məlumat verib.

Keçmiş diplomatın Baş nazir postu üçün yarışmaq niyyətində olduğunu bildirən Dadric qeyd edib ki, Conson Baş nazirlik seçkilərində namizədliklə bağlı ona “bunun üçün hazıram və mən bunu edəcəyəm” deyib.
Millət vəkili əlavə edib ki, Conson hazırda Karib dənizindəki tətildən Böyük Britaniyaya qayıdır.

Qeyd edək ki, Britaniya mətbuatı Consonun yenidən namizədliyi ilə bağlı çoxdan plan qurduğunu iddia edirlər. Belə ki, Baş nazir kimi yekun çıxışında o “hasta la vista” (tərcüməsi: “görüşənədək“) ifadəsini işlədərək istefa verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO