"Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında yolun açılması mühüm addımdır" - Ərdoğan

Hazırda oxunan: "Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında yolun açılması mühüm addımdır" - Ərdoğan

100464

"Azərbaycana səfərim zamanı ikitərəfli əlaqələri, eyni zamanda, regional və beynəlxalq prosesləri Prezident İlham Əliyevlə müzakirə etdik". 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. 

“Cənubi Qafqaza yönəlik ortaq baxışımızın sülh, sabitlik və inkişaf təməlində inşa edildiyini bir daha təsdiqlədik. Sərhədlərin müəyyənləşdirilməsi, Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında əlaqə yolunun açılması və sülh müqaviləsinin imzalanması bölgənin normallaşması üçün mühüm addımları təşkil edəcək”, - Ərdoğan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO