“Mən onların sözünə inanmıram. İran xalqını nəzərdə tutmuram, hökuməti nəzərdə tuturam. Xatırlayırsınızsa, Ukrayna mülki təyyarəsi İran raketi ilə vurulanda İran hökuməti “bunu biz etmədik” deyə bəyanat verdi. Biz bütün sübutları təqdim etdikdən sonra nəhayət İran hökuməti etiraf etdi ki, bunu onların hərbi qüvvələri edib.
Onlar bununla bağlı başsağlığı verdi. Mən vurğulamalıyam ki, bu “başsağlığından” başqa, İran tərəfi heç bir şey etmədi. Onlar bildirmişdi ki, bu faciədə ailələrini, yaxınlarını itirən şəxslərə kompensasiya verəcəklər, onları dəstəkləyəcəklər.
Bir neçə dəfə İran Prezidenti ilə telefonla danışdım, müxtəlif səviyyələrdə müzakirələr oldu, ancaq əvəzində İran hökuməti nə etdi? Heç bir şey. Əgər siz birinin həyatına son qoyursunuzsa, bunun əvəzində sadəcə telefon zəngi kifayət etmir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kanadanın CTV telekanalına müsahibəsində deyib.
“Bütün bunları deməkdən utanmıram və İran rəhbərliyindən çəkinmirəm. İran ikinci dəfə ukraynalıların ölümünə səbəb olur.”, - Ukrayna dövlət başçısı qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:58 / 21.10.2022
"İran hökumətinə inanmıram" - Zelenski
Hazırda oxunan: "İran hökumətinə inanmıram" - Zelenski
Hazırda oxunan: "İran hökumətinə inanmıram" - Zelenski
100447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.