“Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir soydaşımız həlak olub”.
Bizim.Media xəbər verir ki, bunu Odessada fəaliyyət göstərən “Birlik” diaspor təşkilatının sədr müavini Anar Ağazadə sosial media hesabında paylaşıb.
O bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Radasının Krivoy Roq nümayəndəliyinin rəhbəri Kamal Ağayevdən alınan məlumata görə, həlak olan soyadımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizovdur:
“Əslən Zaqataladan olan soydaşımızın ailəsi Krivoy Roq şəhərində yaşayır, bir oğlu, bir qızı var.Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub. O, Luqansk cəbhəsində bölüyü ilə birgə minamyot atışları zamanı həyatını itirib”.
Qeyd edək ki, Vahid Əzizovun qardaşı hazırda Baxmut istiqamətində döyüşür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:00 / 20.10.2022
Ukraynada daha bir soydaşımız həlak oldu - FOTO
Hazırda oxunan: Ukraynada daha bir soydaşımız həlak oldu - FOTO
Hazırda oxunan: Ukraynada daha bir soydaşımız həlak oldu - FOTO
100211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.