ÜST-dən HƏYƏCAN TƏBİLİ – 500 milyon insan... 

ÜST-dən HƏYƏCAN TƏBİLİ – 500 milyon insan... 

Hazırda oxunan: ÜST-dən HƏYƏCAN TƏBİLİ – 500 milyon insan... 

100068

Hökumətlər fəaliyyətsizliklə bağlı mövqeyini dəyişməsələr, 2020-2030-cu illər arasında fiziki aktivliyin olmaması səbəbindən ürək problemləri, piylənmə və şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən insanların sayı təxminən 500 milyona çatacaq. 

Bizim.Media-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilk dəfə olaraq fəaliyyətsizliyin fəsadları ilə bağlı hazırladığı qlobal hesabatda bildirilib. 

Qeyd edilib ki, bunun səhiyyə sistemlərinə hər il təxminən 27 milyard dollara başa gələcəyi təxmin edilir. 

Müvafiq prosesin yaradacağı iş yükünün digər xəstələrə göstərilən xidməti də yavaşladacağı düşünülür. Təşkilat müəyyən edib ki, ölkələrin yalnız 30 faizində bütün yaş qrupları üçün fiziki fəaliyyət qaydaları var. 
Nəticələri şərh edən ÜST-nin baş katibi Tedros Adhanom Qebreyesus bildirib ki, daha çox ölkənin insanları gəzməyə, velosiped sürməyə, idmana və digər fiziki fəaliyyətlərə təşviq etməsinə ehtiyac var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO