Xerson sakinlərinə XƏBƏRDARLIQ: “Şəhəri tərk edin” - VİDEO

Xerson sakinlərinə XƏBƏRDARLIQ: “Şəhəri tərk edin” - VİDEO

Hazırda oxunan: Xerson sakinlərinə XƏBƏRDARLIQ: “Şəhəri tərk edin” - VİDEO

100046

Xerson vilayətinin qondarma administrasiyası yaşayış məntəqələrinin Ukrayna tərəfindən atəşə tutulması təhlükəsi ilə əlaqədar sakinlərə şəhəri tərk etməyə çağıran SMS mesajları göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Qeyd edilib ki, səhər saat 7:00-dan etibarən avtobuslar Reçportdan Sol sahilə hərəkət edəcək.

Bu mesaj bu gün səhər tezdən yerli mobil operatorların abunəçiləri tərəfindən qəbul edilib.

Bundan əvvəl Xerson vilayətinin administrasiyası rəhbərinin müavini Kirill Stremousov bölgədən təxliyə edilməsinin zəruriliyini bəyan etmişdi, çünki “Xerson uğrunda döyüş” çox yaxın vaxtlarda başlaya bilər. 
Onun sözlərinə görə, mülki əhaliyə özlərini riskə atmamaq tövsiyə olunur. Xerson “rəsmisi” potensial raket və bomba hücumlarından sonra yaşayış binalarının dağılma təhlükəsinin olduğunu vurğulayıb.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO