Ağdamda dövlət qulluqçuları üçün İXTİSASARTIRMA TƏLİMİ keçirilib - FOTO 

Ağdamda dövlət qulluqçuları üçün İXTİSASARTIRMA TƏLİMİ keçirilib - FOTO 

Hazırda oxunan: Ağdamda dövlət qulluqçuları üçün İXTİSASARTIRMA TƏLİMİ keçirilib - FOTO 

99984

Ağdamda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə dövlət qulluqçuları üçün ixtisasartırma təlimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, İşğaldan azad edilmiş Ağdam şəhərində təşkil olunan təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda interaktiv təqdimatla çıxış edib.  

Rektor təqdimatda Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirilən inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.  

U.Ələkbərov təlimlər zamanı müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu qeyd edərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu da qeyd edib.  
Rektor beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni strateji dövrdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb.  

Təlimin sonunda dinləyicilərin sualları cavablandırılıb. Daha sonra Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti Ağdam şəhərində olan abidələri ziyarət edib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO