Stres çağımızın ən böyük bəlasıdır desək, yəqin ki, yanılmarıq. Hər birimiz az, ya çox bu bəladan əziyyət çəkirik. Lakin bəzilərimiz stresi idarə etməyi yaxşı bacarırlar. Bir çoxları isə tam əksinə ən xırda təzyiq və narahatlıqdan belə stresə düşməyə başlayırlar.
Bizim.Media ən çox bürcləri stresə salan halları təqdim edir:
1. Əkizlər
Ən çox stres keçirən bürc məhz əkizlərdir. Tipik Əkizlər üçün stresə səbəb olan şey qərar vermək məcburiyyətindədir. Onlar öz seçimlərini təkrar-təkrar nəzərdən keçirəcəklər və yenə də qərar verə bilməyəcəklər. Ətrafındakı insanlar ondan böyük bir qərarın qəbul edilməsini gözləyirlərsə, bu əkizlərin üzərində təzyiq yaradacaq və onların stresi daha da artacaq.
2. Qoç
İstədiklərini anında ala bilməmək qoç bürcündə stress yaradır. Bu, dərhal əsəbiləşir, tərləyir, dırnaqlarını yeməyə başlayır. Qoç nadir hallarda nəyisə gözləməyi, səbrlə yanaşmağı bacarır. Səbr qoçlara verilmiş fəzilətlər içərisində yoxdur. Ona görə də qoçlar hər zaman səbrsizlikdən doğan stresdən əziyyət çəkirlər.
3. Qız bürcü
Qız bürcü hər şeyi idarə edib, nəzarətdə saxlamağa çalışır. Onlar daim ətrafındakı insanlar üzərində basqı qurmağa çalışırlar. Sosial çevrəsi bunu qəbul etmədikdə isə qızlarda stres baş qaldırır. Onlar belə vəziyyətlərdə aqressiv davranmağa meyilli olur, konflikt yaratmağa çalışırlar.
4. Əqrəb
Əqrəbə istədiyindən, arzuladığından daha az dəyər verilməsi onları stresə salır. Məsələn, əqrəb qadına gözəl göründüyünü desəniz, həmin andan etibarən gözəlliyini daha yaxşı məth edə biləcəyinizi düşünməyə başyalacaq. Bu düşüncədən çıxması isə xeyli zaman tələb edəcək və əqrəb bu vaxtı stres altında keçirəcək.
5. Şir
Ziddiyyətli olmaq Şir bürcünü stresə salır. Şir bürcü qonaqpərvər və mehriban ola bilər, lakin kimsə onların düşüncəsinə meydan oxuyanda qətiyyən dözə bilməz. Bu, onlara qarşıdurma hissi yaradır, çünki bir tərəfdən mehriban olmaq istəyirlər, digər tərəfdən isə sizi parça-parça etmək istəyirlər. Bu ziddiyyət hissi onlarda stres yaradır.
6. Oğlaq
Oğlaqlar hər şeyi izləməyi, bütün baş verənlərdən hali olmağı istəyirlər. Əgər onlardan nəyinsə gizlədildiyi hissinə qapılsalar bu onlarda ciddi narahatlıq doğuracaq. Belə hallarda oğlaqlar sirri öyrənmək üçün bütün yollara baş vura bilərlər. Axtarış dönəmi oğlaqların ən çox stres yaşadığı saatlardır.
7. Tərəzi
Tərəzi bürclərini tanıyana qədər nə qədər stresli olduğunu təxmin edə bilməzsiniz. İnsanların onlara qeyri-peşəkar yalanlar danışması tərəziləri narahat edir. Əgər yalanı detallı uydurub, tərəziləri ona inandıra bilsəniz problem yoxdur. Amma dediklərinizin yalan olduğunu hiss etsələr dərhal stres keçirməyə başlayacaqlar.
8. Xərçəng
Xərçənglər uzun müddət evdən uzaq qalmağı sevmirlər. Onlar üçün evləri komfort zonadır. Əgər evə vaxtında qayıtmaqları, yaxud sevdiklərinə tezliklə qovuşa bilməmələri onları dərindən narahat edir ki, bu da sonda uzunmüddətli stresin başlaması ilə nəticələnir.
9. Dolça
Dolçalarda diskomfort yaradan əsas məqam, özünə şübhə və onların heç vaxt heç bir işdə yaxşı ola bilməyəcəyinə dair daxili hissdir. Bu, onlar üçün problem yarada bilər. Dolçalar özlərinə inanmadıqları üçün hər zaman özlərinə əziyyət verirlər ki, bu da güclü stress yaradır.
10. Buğa
Bilməmək buğa bürcündə stresə səbəb olur. Əgər baş verənlər haqqında məlumatsız qalırlarsa, dərhal ən pis ssenarilərin reallaşacağını düşünməyə başlayırlar. Bu isə onları gərginlikdə saxlayır və stres yaradır.
11. Oxatan
Oxatan bürcünə şübhə ilə yanaşmaq onları stresə salmaq üçün yetərlidir. Lakin ümumilikdə, nikibinlikləri sayəsində oxatanlar ən az stres keçirən bürclər sırasındadır. Onların qabiliyyətlərini şübhə altında almağı başlasanız, onlar özlərindən şübhələnməsələr belə, stres keçirməyə başlayacaqlar.
12. Balıqlar
Ən az stress keçirən bürc məhz balıqlardır. İşlərinin qaydasında, hər şeyin normasında olmaması balıqları özündən çıxarır. Onların ailə və dost münasibətlərinin, eyni zamanda romantizmin qədərində olmasını istəyirlər. Kiçik bir qayda pozuntusu onları narahat edib, stresə sala bilir. Lakin balıqlar streslərini necə idarə edəcəklərini yaxşı bilirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 19.10.2022
Ən çox stress keçirən BÜRCLƏR – Kimlərə ən xırda problem belə narahatlıq yaradır?
Hazırda oxunan: Ən çox stress keçirən BÜRCLƏR – Kimlərə ən xırda problem belə narahatlıq yaradır?
Hazırda oxunan: Ən çox stress keçirən BÜRCLƏR – Kimlərə ən xırda problem belə narahatlıq yaradır?
99971
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.