Bu gün Milli Məclisdə oturan bəzi millət vəkillərimiz parlamentin işiylə yanaşı digər sahələrdə də fəaliyyət göstərir, hətta mühüm postlar tuturlar. Ən maraqlısı da odur ki, deputatlarımız ikinci iş yerində ictimai əsasla yox, ödənişli əsaslarla çalışırlar.
Bəs, həmin deputatlarımız hansılardır?
Bununla bağlı Bizim.Media araşdırma aparıb. Araşdırma Milli Məclisin elektron portalındakı məlumatlara əsasən aparılıb. Gəlin bir neçə vəzifə tutan və bir neçə yerdən maaş alan deputatlarımızı yaxından tanıyaq.
1. Mahir Abbaszadə 2018-ci ildən Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.
2. Elnur Allahverdiyev 2018-ci ildən «Azercell» Şirkəti Müşahidə Şurasının sədridir.
3. Novruz Aslanov 2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
4. Nizami Cəfərov 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiri, eyni zamanda Azərbaycanda Atatürk Mərkəzinin direktorudur.
5. Rafael Hüseynov 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur.
6. İsa Həbibbəyli 2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, 2021-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.
7. Musa Qasımlı 2016-cı ildən AMEAnın Qafqazşünaslıq İnstitutunun direktorudur.
8. Cəbi Quliyev 2018-ci ildən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktorudur.
9. Eldar Quliyev deputatlarımız arasında ən çox vəzifə tutan şəxsdir. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olmaqla yanaşı həm də kommersiya təşkilatı olan «Azərittifaq»ın 1993-cü ildən İdarə Heyətinin sədridir. Bundan əlavə Eldar müəllim həm də, 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektorudur.
10. Sadiq Qurbanov 2010-cu ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavinidir.
11. Rəşad Mahmudov 2018-ci ildən Mərkəzi Gömrük Hospitalı ElmiTəcrübi və Tədris Mərkəzinin rəisidir.
12. Səttar Möhbalıyev 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, 2010-cu ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.
13. Zahid Oruc 2019-cu ilin fevralından Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədridir.
14. Bəxtiyar Sadıqov 2002-ci ildən «Azərbaycan» qəzetinin baş redaktorudur.
15. Ağalar Vəliyev 1998-ci ildən «Azəraqrartikinti» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir.
Bəs, qanunvericilikdə bir adamın eyni zamanda iki ödənişli vəzifə tutmasına icazə verilirmi?
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, Azərbaycan Konstitusiyasının 85-ci maddəsinə görə deputatların digər ödənişli fəaliyyəti yalnız elmi-pedaqoji və yaradıcılıq çərçivəsində ola bilər:
“Yəni hansısa deputat hardasa pedaqoji fəaliyyətlə məşğul ola bilər, dərs deyə və yaxud yaradıcılıqla məşğul olar. Əgər deputat ikinci bir yerdə rəsmi fəzifə tutursa ordan maaş ala bilməz. O, həmin vəzifəni ancaq ictimai əsaslarla apara bilər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:20 / 19.10.2022
Bir neçə vəzifə tutan deputatlarımız – SİYAHI
Hazırda oxunan: Bir neçə vəzifə tutan deputatlarımız – SİYAHI
Hazırda oxunan: Bir neçə vəzifə tutan deputatlarımız – SİYAHI
99957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.