Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? – DOSYE/FOTO

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? – DOSYE/FOTO

Hazırda oxunan: Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? – DOSYE/FOTO

99946

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilən Mehriban Natiq qızı İmanova riyaziyyat üzrə fəlsəfə doktorudur.

Mehriban İmanova Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosentidir.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban İmanova Elm Fonduna İcraçı direktor təyin edildi

 

M.İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Bakı şəhəri 236 saylı orta məktəbdə oxuyub. 1995-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olub və 1999-cu ildə oranı bitirib.

1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin magistratura pilləsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirib.

2003-2007-ci illərdə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 2001-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb.

2010-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.
 

M.İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO