Qaçaqmalçılıqda ittiham olunan Qazaxıstan vətəndaşına hökm oxundu

Qaçaqmalçılıqda ittiham olunan Qazaxıstan vətəndaşına hökm oxundu

Hazırda oxunan: Qaçaqmalçılıqda ittiham olunan Qazaxıstan vətəndaşına hökm oxundu

99934

Qaçaqmalçılıqda təqsirləndirilən Qazaxıstan vətəndaşı Ağamoğlan Qasanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Qaradağ rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

Ağamoğlan Qasanov 3 min manat miqdarında cərimə edilib.

Qeyd edək ki, A. Qasanov barəsində Cinayət Məcəlləsinin 206.2-ci (Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi) maddəsi ilə ittiham elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında Qazaxıstan Respublikasında əldə etdiyi 9 flakonda 45 qram kalium permanqanatı əl çantasına yerləşdirib.

O, Qazaxıstan Respublikasından “Dağıstan” gəmisi vasitəsilə sərnişin qismində aprelin 18-də Azərbaycana gəlib.

Həmin gün saat 14.00-da Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda saxlanılıb.
İstintaq və məhkəmə dövründə onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO