Bakıda “WhatsApp” “status”una görə qardaş bacısını bıçaqlayıb

Bakıda “WhatsApp” “status”una görə qardaş bacısını bıçaqlayıb

Hazırda oxunan: Bakıda “WhatsApp” “status”una görə qardaş bacısını bıçaqlayıb

99831

Bakının Sabunçu rayonunda qardaş bacısını bıçaqlayıb.

Bizim.Media xəbər verir ki, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, Asəf Əsədullayev küçəsində 1986-ci il təvəllüdlü Əhmədova Şəhanə Mərdan qızı həyat yoldaşı ilə birgə evə gələrkən qardaşı onları qarşılayıb.

Ş.Əhmədovanın qardaşı bıçaqla onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Əri mübahisənin qarşısını almaq istəyərkən Ş.Əhmədovanın qardaşı bildirib ki, o “WhatsApp” “status”unda (hekayə bölməsi) paylaşım etdiyinə görə bu əməli törədib.

Qadın 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hələlik statusunun nədən ibarət olduğu bilinmir.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO