Yazıçı Əkrəm Əylisli bir neçə gün öncə müsahibəsində fəxri adların ləğvi təşəbbüsü ilə çıxış edib. Onun fikrincə “Xalq yazıçısı”, “Xalq şairi” fəxri adları sovetlərdən qalma bir ənənədir. Və bu ənənə hazırkı vaxtda ancaq narazılıq yaradır.
Məsələ ilə bağlı Xalq yazıçısı Mövlud Süleymanlının fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Azərbaycan xalqına və Azərbaycan ədəbiyyatına Əkrəm Əylislinin özü lazım deyil:
“Əkrəm üzdəniraq xalqlara lazımdır. Getsin ermənilərin dərdini çəksin. Boş-boş danışır də... Fəxri adın nəyi pisdir. Uzun illərdir ki, bu ənənə var. Və çox gözəl də ənənədir. Bu cür fəxri adların olmasının mən tərəfdarıyam. Əkrəmin işi gücü qurtarıb, indi də bunun dalına düşüb”.
Şair Dayandur Sevgin də fəxri adların olmasını vacib sayır. O, Bizim.Media ilə söhbətində Əkrəm Əylislini bu gün bu cür fikirlər səsləndirməklə bir növ əlindən çıxan mövqeyə heyfsləndiyini bildirdi:
“O vaxtilə düz eləmədi və bu gün də səhvlərini davam etdirməkdədir. O ki, qaldı onun fəxri adlarla bağlı fikirlərinə. Onu deyə bilərəm ki, bütün zamanlarda şairlər və yazıçılar dövlətin dəstəyini görüb. Və gördükləri dəstəkdən də bəhrələnərək nadir ədəbi nümunələr yaradıblar. Bu ənənə Nizamidən tutmuş bu günümüzə qədər davam edib. Ona görə də bu gözəl ənənə yaşadılmalıdır. Dövlət öz yazıçısının, şairinin hər zaman yanında olmalıdır”.
Şair Səməd Qaraçöpün yanaşması isə bir qədər fərqli oldu. Bizim.Media-ya açıqlamasında fəxri adların olub-olmamasının onun üçün heç bir əhəmiyyət daşımadığını söylədi:
“Guya mən “xalq şairi” olsam nə dəyişəcək?! Bu gün gəlib mənə desələr ki, “qurban olum gəl, sən “Xalq şairi” adı verək”. Deyərəm ki, “yox”. Çünki, bu adları elə adamlara verirlər ki... Heç bir meyar yoxdur. O qədər dəyərli yazarlarımız ölüb-gedib. Amma onlara heç bir fəxri ad verilməyib. Ona görə də bu fəxri adlar məmnunluq yox, daha çox narazılıq yaradır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 18.10.2022
Yazarlara fəxri adların verilməsi lazımdırmı? – Əkrəm Əylislidən gələn mesaja yazarlardan maraqlı cavab
Hazırda oxunan: Yazarlara fəxri adların verilməsi lazımdırmı? – Əkrəm Əylislidən gələn mesaja yazarlardan maraqlı cavab
Hazırda oxunan: Yazarlara fəxri adların verilməsi lazımdırmı? – Əkrəm Əylislidən gələn mesaja yazarlardan maraqlı cavab
99726
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.