Azad edilmiş ərazilərdə daha 144 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 144 mina aşkarlandı

Hazırda oxunan: Azad edilmiş ərazilərdə daha 144 mina aşkarlandı

99698

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 144 mina aşkarlayıb. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, oktyabrın 10-dan 15-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 33, tank əleyhinə 111 mina və 271 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 

Nəticədə 435 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO