Oktyabrın 17-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağışın miqdarı: Zaqatalada 22.0 mm, Balakən, Qax, Lənkəranda 14.0 mm, Lerikdə 12.0 mm, Yardımlıda 10.0 mm, Şabran, Şəki, Quba, Oğuz , Qrız, Qusar, Qəbələ, Şahdağ, Şəmkir, Göyçay, Altıağac, Ağstafa Yevlax, Kürdəmir, Sabirabad, Ağdərə, Daşkəsən, Göygöl, Qobustan, Xaçmaz, Xaltan, İsmayıllı, Şamaxıda 4.0 mm-dək olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, arabir yağıntılı hava şəraiti oktyabrın 19-u səhərədək davam edəcək. 19-u gündüz və 20-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. 18-i gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:12 / 17.10.2022
Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
99687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.