“Azəriqaz” əlillərin yolunu BAĞLADI – FOTO 

“Azəriqaz” əlillərin yolunu BAĞLADI – FOTO 

Hazırda oxunan: “Azəriqaz” əlillərin yolunu BAĞLADI – FOTO 

99644

Bakının mərkəzində əlilliyi olan şəxslərin hərəkətinə bilərəkdən müdaxilə edilib. Söhbət Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən Azenko binalarının yanındakı yoldan gedir.

Belə ki, “Azəriqaz” İstehsalat Birliyi ərazidə fiziki məhdudiyyətli şəxslər üçün düzəldilmiş yolu bağlayıb. 

Sosial şəbəkədə ictimailəşən məsələ ilə bağlı görüntülər paylaşılıb. Fotolardan da bəlli olur ki, fiziki əngəlli şəxslərin istifadə etdiyi yol qaz xətti çəkilən borularla bağlanıb.

“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya məsələnin qısa zamanda araşdırılıb, tədbir görüləcəyi bildirilib. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO