Azərbaycanda 88 cinayətkar tutuldu – SON 2 GÜNDƏ

Azərbaycanda 88 cinayətkar tutuldu – SON 2 GÜNDƏ

Hazırda oxunan: Azərbaycanda 88 cinayətkar tutuldu – SON 2 GÜNDƏ

99643

Oktyabrın 15-də və 16-da ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO