Azərbaycanda qrip əleyhinə vaksinasiya aparılır - RƏSMİ

Azərbaycanda qrip əleyhinə vaksinasiya aparılır - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda qrip əleyhinə vaksinasiya aparılır - RƏSMİ

99638

Azərbaycanda qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlər gücləndiriləcək

Bizim.Media xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

 

Sənəddə 2022-2023-cü ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar, eləcə də digər dövlət tibb müəssisələrinə tövsiyələr verilib.


Respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri 2022-ci ilin oktyabrın 10-dən başlayaraq, bir ay ərzində həyata keçiriləcək. 

Eləcə də əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədilə sanitariya-maarifi işi aparılacaq. Həmçinin, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılması təşkil olunacaq.

Bildirilir ki, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi təmin olunacaq. 

Məlumatda qeyd olunur ki, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatları ehtiyatının yaradılması ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib.

Eləcə də respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO