Təhsil nazirliyi qəbulu dayandırdı

Təhsil nazirliyi qəbulu dayandırdı

Hazırda oxunan: Təhsil nazirliyi qəbulu dayandırdı

9960

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 aprel 2021-ci il  tarixinədək fəaliyyətini dayandırır.

Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (//edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (//edu.gov.az, //ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (//www.facebook.com/tehsil.gov.az//twitter.com/tehsilgovazhttps://www.instagram.com/edugovaz///www.youtube.com/user/tehsilgovaz, @edugovaz) izləmək tövsiyə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO