“Azərkosmos” rəhbərliyinə müvəqqəti TƏYİNAT - FOTO

“Azərkosmos” rəhbərliyinə müvəqqəti TƏYİNAT - FOTO

Hazırda oxunan: “Azərkosmos” rəhbərliyinə müvəqqəti TƏYİNAT - FOTO

9954

“Azərkosmos” ASC-nin keçmiş sədri Rəşad Nəbiyevin yerinə müvəqqəti təyinat olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, quruma sədr müavini Rövşən Rüstəmov rəhbərliq edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri kimdir? - DOSYE


Qeyd edək ki, R.Rüstəmov 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-cü illərdə “Azərkosmos”da korporativ idarəetmə üzrə menecer, 2014-cü ildən bu günə qədər isə qurumun sədr müavini işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO