Xəzər rayonunda ağacəkmə aksiyası - FOTO 

Xəzər rayonunda ağacəkmə aksiyası - FOTO 

Hazırda oxunan: Xəzər rayonunda ağacəkmə aksiyası - FOTO 

99513

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, ağacəkmə aksiyası Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən, Xəzər rayonu ərazisində - əsas magistral yolun kənarında təşkil olunub.

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilən aksiyada icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri iştirak edib.
İlk növbədə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib. Həmin əraziyə aksiya iştirakçıları tərəfindən paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd sərv ağacı əkilib.

Ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri nəzarətə götürülüb vəbunun üçün cavabdeh şəxslərtəyin edilib.

Paytaxtın yaşıllaşdırılması və daha da gözəlləşməsinə töhfə olan bu cür aksiyaların payız mövsümü ərzində Bakı şəhərinin digər ərazilərində də keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO